Sülhməramlılar Laçın dəhlizinin sabah açılacağını açıqlayıblar
Xankəndidəki mitinqdə iştirak edən Artur Qriqoryan erməni mediasına Rusiya sülhməramlıları ilə görüşun nəticələrindən danışıb:
"Sülhməramlılarla görüş rəvan, gərginlik olmadan keçdi. Biz azərbaycanlıları görmədik. Sülhməramlılar yolu bağladılar ki, bu, baş tutmasın. Biz ora münaqişə məqsədi ilə getməmişdik. Sülhməramlılar bizə söz verdilər ki, dekabrın 26-da yol açılacaq. Onların fikrincə, bu gün Rusiyada mühüm görüş baş tutacaq, ondan çox şey asılıdır", - deyə separatçı bildirib.
Qeyd edək ki, söhbət, yəqin ki, dekabrın 26-27-də Ermənistanın baş naziri Nikol Paşinyanın da iştirak edəcəyi gözlənilən MDB-nin qeyri-rəsmi sammitindən gedir", - deyə media yazıb.
Həmin sammitə Azərbaycan Respublikası prezidenti İlham Əliyevin də qatılacağı deyilir.
Dekabrın 12-dən Azərbaycan Respublikası dövləti tərəfindən Xankəndi-Laçın yolunda başladılan etiraz aksiyası heç bir nəticə olmadan 14 gündür davam etdirilir. Aksiyaçılar Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan Respublikasının ermənilər yaşayan ərazilərində faydalı yataqların qanunsuz istismarı əleyhinə etiraz edirlər.
Onların Rusiya Sülhməramlılarının komandanı ilə görüş tələbi hələ də təmin olunmayıb. Bu müddətdə qərb dövlətləri və Avropa İttifaqı qurumları ayrı-ayrı bəyanatlarla aksiyaya dərhal son qoyulmasına çağırıblar.