Ərəstun Oruclu: Korrupsiya ölkədə bir sistemə çevrilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i396115-Ərəstun_oruclu_korrupsiya_ölkədə_bir_sistemə_çevrilib
Tanınmış politoloq Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizənin real olmadığını bildirib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Dek 26, 2022 12:15 Asia/Baku
  • Ərəstun Oruclu: Korrupsiya ölkədə bir sistemə çevrilib

Tanınmış politoloq Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizənin real olmadığını bildirib.

Ərəstun Oruclu bu barədə deyib: “Son illər ərzində ölkədə dövlət əmlakını mənimsəmə və rüşvət ittihamları ilə yüzlərlə yuxarı və orta ranqlı məmur həbs olunub, yüzlərlə digərləri isə işdən azad olunub. Belə statistika dünyanın istənilən ölkəsində korrupsiyaya qarşı amansız mübarizə kimi qəbul olunardı, amma Azərbaycanda əksəriyyət belə düşünmür”.

Onun sözlərinə görə, bir qrup insan bunları hakimiyyətdaxili mübarizənin, kimlərinsə kadrlarının vurulması, onların başqa qrupun kadrları ilə əvəzlənməsi kimi qəbul edir. Digər bir qrup isə hesab edir ki, atılan addımlar kapitalın bir əldə cəmlənməsinə xidmət edir.

Politoloq qeyd edib ki, Azərbaycanda korrupsiya hansısa məmurun öz fəaliyyəti deyil və ola da bilməz. Korrupsiya sistemdir. Və əhaliyə sual yaranıb ki, niyə həyata keçirilən əməliyyatlar korrupsiyanın və mənimsəmələrin fantastik miqyasda tüğyan etdiyi SOCAR, Azəriqaz, Azərsu, Azərenerji, Azəravtoyol, Azərbaycan Dəmir Yolları kimi qurumlara şamil edilmir?