"Fitch": Transxəzər qaz boru kəməri layihəsi ciddi maneələrlə üzləşir
https://azeri.sahartv.ir/news/azərbaycan-i396540-fitch_transxəzər_qaz_boru_kəməri_layihəsi_ciddi_maneələrlə_üzləşir
Türkmənistan qazını Avropa bazarına çıxara biləcək Transxəzər qaz boru kəməri layihəsi öz inkişaf yolunda ciddi maneələrlə üzləşir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 13, 2023 15:57 Asia/Baku

Türkmənistan qazını Avropa bazarına çıxara biləcək Transxəzər qaz boru kəməri layihəsi öz inkişaf yolunda ciddi maneələrlə üzləşir.

SəhərAzəri-nin məlumatına əsasən, bu barədə “Fitch Reytings” beynəlxalq reytinq agentliyi bildirib.

Məlumata görə, 2021-ci ilin yanvarında Aşqabad və Bakı “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı və işlənməsi haqqında” Anlaşma Memorandumunu imzalayıblar, Türkmənistan qazının Avropaya nəqli nəzərdə tutulub, lakin belə bir kəmər öz inkişaf yolunda ciddi maneələrlə üzləşib”.

Məlumatda vurğulanır ki, qarışıq tələb proqnozu və digər tədarük mənbələri tərəfindən güclü rəqabət nəzərə alınmaqla, Avropa bazarına etibar problemli ola bilər. Bundan əlavə, layihə çox kapital tutumlu olacaq və onu dəstəkləmək üçün böyük uzunmüddətli alıcı bazası tələb olunur ki, belə alıcıları tapmaq çətindir.