Mərhum Orxan Əsgərovun dəfn mərasimi keçirilib
Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumu nəticəsində qətlə yetirilən səfirliyin mühafizə xidmətinin rəisi baş leytenant mərhum Orxan Əsgərov bu gün Bakıda İkinci Şəhidlər xiyabanında dəfn edilib.
Dəfn mərasimində dövlət rəsmiləri, mərhumun ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Qeyd edək ki, Orxan Əsgərovun cənazəsi ötən gecə fəxri qarovul dəstəsinin müşayiəti ilə İrandan Azərbaycana yola salınıb.
Xatırladaq ki, yanvarın 27-də səhər çağı Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu olub. Hücum nəticəsində səfirliyin mühafizə xidmətinin rəisi baş leytenant Orxan Əsgərov yerindəcə dünyasını dəyişib. Səfriliyin iki əməkdaşı isə yaralanıb.
Hücumu həyata keçirən silahlı şəxs dərhal həbs edilib və ilkin istintaqa görə, o ailə zəminində cinayət törətdiyini bildirib. Cinayət barədə ətraflı təhqiqatlar davam edir.
Hücum nəticəsində yaralanan səfirliyin iki əməkdaşı isə dərhal xəstəxanaya yerləşdirilərək onların üzərində ağır cərrahiyyə əməliyyatı aparılmışdır.
Yaralılar və səfirliyin digər əməkdaşları və onların ailə üzvləri eləcə də mərhum Orxan Əsgərovun cənazəsi yanvarın 29-da bir ədəd təyyarə ilə Bakıya aparılmışdır.
Cinayət barədə istintaqın yekunlaşmadığı bir şəraitdə səfirliyin fəaliyyətinin dayandırılması və işçilərin təxliyə edilməsi bəzi suallar ortaya çıxarıb. Səfirliyin öz fəaliyyətini davam etdirməsi və istintaqın gedişatında yardımçı olması və hücumçunun yoldaşı ilə bağlı iddialarına aydınlıq gətirilməsinə töhfə verməsi arzuolunan idi.
Səfirliyin belə sürətlə təxliyə olunması anlaşılmaz təşəbbüs olaraq bəziləri tərəfindən rəsmi Bakının İranla əlaqələrin kəsilməsində maraqlı olması kimi təhlil edilir.
İranın dərhal yüksək səviyyədə bu silahlı hücumu pisləməsi, baş verən cinayətə görə Azərbaycan Respublikasının dərdini bölüşməsi, İran prezidentinin birbaşa azərbaycanlı həmkarı ilə telefon əlaqəsi yaradaraq baş verən hadisəni müzakirə etməsi və cinayətkara qarşı məhkəmə prossesinə ciddi şəkildə və yüksək həssaslıqla start verməsi, baş verən hadisə ilə bağlı İranın səmimi olduğunu göstərir.
Belə bir şəraitdə Azərbaycan Respublikası dövlətindən, ölkələr arasında baş verən oxşar nümunələri o sıradan Rusiya səfirinin Türkiyədə qətlə yetirilməsi hadisəsini nəzərdən keçirərək, həyəcanlı və emossianal hərəkətlərdən çəkinməsi və iki ölkənin mənafeyinə düşünərək təmkinli davranması gözlənilir.