Yan 31, 2023 18:28 Asia/Baku
  • korrupsiya indeksi
    korrupsiya indeksi

Beynəlxalq Şəffaflıq Təşkilatı (Transparency International) korrupsiyanı qavrama indeksi üzrə qlobal hesabatını açıqlayıb. Korrupsiyaya görə Azərbaycan lider ölkələr arasındaır.

Azərbaycan Respublikası bu siyahıda 44 balla 126-cı yeri tutub və Cibuti, Qırğızıstan və Ukrayna ilə oxşar vəziyyətdədir.

Keçmiş sovet respublikaları arasında ən yüksək yeri Gürcüstan tutur – 44-cü yer.  Ermənistan 77-ci, Qazaxıstan 113-cü, Rusiya 137-ci, Özbəkistan və Tacikistan 153-cü yeri tutub.

180 ölkəni əhatə edən hesabata görə, dünyada korrupsiyanın ən az olduğu ölkələr Danimarka və Yeni Zelandiya, ən çox olduğu ölkə isə Somalidir.

 

 

Teqlər