Ailə rejimi "casus" ovuna çıxıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i396983-ailə_rejimi_casus_ovuna_çıxıb
İnteraz və Salamnews hədəfə alındı
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 31, 2023 19:03 Asia/Baku
  • Ailə rejimi

İnteraz və Salamnews hədəfə alındı

Bu iki media orqanının 7 əməkdaşı İran İslam Respublikasına casusluq ittihamı ilə DTX-nin əməkdaşları tərəfindən həbs olunub. Həbslərin sionist rejim səfirinin Azərbaycan Respublikasında sağlam qüvvələrə qarşı repressiv mühit yaradılmasına dair təlimatı əsasında həyata keçirildiyi təxmin edilir. Corc Dik yanvarın 27-də Tehranda Azərbaycan səfirliyinə qarşı hücumdan dərhal sonra Hikmət Hacıyevlə görüşüb. Qeyd edək ki, bu gün rejim qüvvələrinin hədəfinə çevrilmiş media orqanları Azərbaycanda obyektiv fəalliyət göstərən nadir KİV-lərdən sayılır və həmişə İran-Azərbaycan əlaqələrinin inkişafında maraqlı olublar. Bəlkə elə bu səbəbdən də İsrailin qara siyahlsına düşüblər və onların vurulmasına əmr birbaşa sionistlər tərəfindən gəlib.