Fev 02, 2023 13:31 Asia/Baku
  • Sionist rejim təfriqə salır

İşğalçı israil rejiminin hərb nazirinin Bakıya iki zəngi İran-Azərbaycan münasibətlərini daha da gərginləşdirməyə köklənib.

SəhərAzəri-nin məlumatına əsasən, sionistlərin hərb naziri Yoav Qallant fevralın 1-də Azərbaycanın müdafiə naziri Zakir Həsənova və Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevə telefon zəngi edib.

Bəzi ehtimallara görə, sionist rejim İrana qarşı silsilə tədbirlərdə birbaşa iştirak edir. Dırnaqarası casus şəbəkəsinin dağıdılması da bu tədbirlərdən biridir.

Maraqlıdır ki, yəhudi lobbi təşkilatı ilə yaxın əlaqədə olan və İlham Əliyevin qeyri-rəsmi məsləhətçisi kimi Bakını az qala su yoluna döndərən amerikalı politoloq Mayk Durandan da yeni tapşırıqlar gəlib.

O, öz tvitter hesabında yazıb: “İsrail və Azərbaycan İranın əleyhinə müttəfiqdirlər”.

Başqa bir tvitdə isə deyilir: “İsrail və Azərbaycan İran terrorizminin əleyhinə birləşiblər”.

 

Teqlər