"Xarici ölkələrlə əlaqələri olan insanlarımıza şübhə ilə yanaşmaq cinayətdir"
https://azeri.sahartv.ir/news/azərbaycan-i397131-xarici_ölkələrlə_əlaqələri_olan_insanlarımıza_şübhə_ilə_yanaşmaq_cinayətdir
BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-a verdiyi müsahibədə dindarları irançı adlandıranların səviyyəsiz olduqlarını deyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 05, 2023 17:17 Asia/Baku
  • Qüdrət Həsənquliyev
    Qüdrət Həsənquliyev

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-a verdiyi müsahibədə dindarları irançı adlandıranların səviyyəsiz olduqlarını deyib.

“Səviyyəsiz adamlar belə açıqlamalarla çıxış edə bilər. İrandakı müqəddəs yerlərin ziyarəti, İran dindarları ilə əlaqələr irançı olmaq demək deyil. Kim Qərb ölkələri ilə sıx təmasdadırsa ona qərbçi, kim Rusiya ilə işləyirsə ona rus, kim Türkiyə ilə işləyirsə ona Türkiyənin agenti deyilməsi kökündən yanlışdır.”- Qüdrət Həsənquliyev deyib.

Deputat məsələyə bu kimi yanaşmanın xarici kəşfiyyatın fəaliyyətinin nəticəsi ola biləcəyini xatırladıb: “Bu kimi fikirlər insanlarımızda özünə və dövlətimizə inamı sarsıtmaq üçün xarici kəşfiyatların tapşırığı ilə yayılır.”- BAXCP sədri vurğulayıb.

Xarici ölkələrlə əlaqələri olan azərbaycanlılara şübhə ilə yanaşmağın cinayət olduğunu deyən millət vəkili “Belə şəxslərin təmasda olduqları xarici ölkələrin xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb olunmaq ehtimalı var. Amma belə ehtimal xarici dövlətlərlə heç bir əlaqəsi olmayan insanlar üçün də mövcuddur. Xarici ölkələrlə elmi, siyasi, iqtisadi, humanitar əlaqələr dövlətimizin, mədəniyyətimizin təbliğinə, inkişafımıza, sülhə və əmin-amanlığa xidmət edir”,- deyə xatırladıb.

 Millət vəkili Nə etməliyik? Sualına isə bu sualla qarşılama verib: “ Sərhədlərimizi SSRİ, Şimali Koreya kimi bağlayıb özümüzə qapanmalıyıq?”