Hakimiyyət dindar kəsimə divan tutur
Ruhani Hacı Camir Ağayev həbs olunub
Azərbaycanda İslamofobiya, İranafoboya və Şiəfobiya tədbirləri çərçivəsində daha bir ruhani saxlanılıb.
Cənub zonasının Cəlilabad rayonundan olan Hacı Camir Ağayevin iki gün əvvəl saxlanılaraq həbs olunduğu təsdiqlənib. Hacı Camirin yaxınları xəbər verir ki, Azərbaycan xüsusi xidmət orqanları Hacı Camiri evindən apararaq harada saxlanılması barədə ailəsinə hələ də bir xəbər verməyib.
Xatırladaq ki, bu, Hacı Camir Ağayevin son bir ildə ikinci həbsidir. Bir qədər əvvəldə Hacı Camir Ağayev hüquq mühafizə orqanları tərəfindən qeyri-müəyyən ittihamla saxlansa da, sonradan sərbəst buraxılmışdı.
Məlumat üçün bildirək ki, ruhani İlqar Bədəlov polis əməkdaşları tərəfindən nəzarət altına alınıb.
Yaxınlarının bildirdiyinə görə, Hacı İlqar bildirib ki, onu saxlayarkən gözünün qabağında cibinə narkotik qoyublar. “Hazırda mənə bildirirlər ki, ya narkotik ittihamını ya da casusluğu qəbul elə. 20 – 30 il öncə İranın Qum şəhərində təhsil aldığım üçün, son günlər İran və Azərbaycan arasında münasibətlərin gərginləşməsi fonunda şərlənərək saxlanılmışam” – deyə ruhani qeyd edib.
"Mizan Maarif Mərkəzi"nin təsisçisi, ruhani Ruhullah Novruzzadə və tanınmış ruhani Hacı Seyran Rzayevin də həbs olunduğu bildirilir.