Azərbaycan daha bir indeksdə Ermənistandan geridə qalır
https://azeri.sahartv.ir/news/azərbaycan-i397216-azərbaycan_daha_bir_indeksdə_ermənistandan_geridə_qalır
Azadlıq səviyyəsinə görə Azərbaycanın reytinqi aşağı düşüb
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 08, 2023 08:45 Asia/Baku
  • Azərbaycan daha bir indeksdə Ermənistandan geridə qalır

Azadlıq səviyyəsinə görə Azərbaycanın reytinqi aşağı düşüb

Azərbaycan Respublikasında azadlıq səviyyəsi Ermənistandakı azadlıq səviyyəsindən beş dəfə aşağıdır.

Müstəqil tədqiqat təşkilatları olan Freyzer İnstitutu və Kato İnstitutu “İnsan haqları indeksi 2022” adlı birgə hesabat dərc ediblər.

Hesabata görə, Ermənistan dünyada Portuqaliyadan bir qədər geri qalaraq 26-cı yerdədir. Gürcüstan 43-cü, Türkiyə 130-cu, Azərbaycan isə Konqo, Banqladeş və Pakistanı bir qədər qabaqlayaraq,165 ölkə arasında 131-ci yerdədir.