Fev 22, 2023 15:51 Asia/Baku
  • Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulduğu bildirilir

Azərbaycan Respublikası Müdafiə Nazirliyi bu ölkə ordusunun mövqelərinin Azərbaycan Respublikasının daxilindən və Ermənistan tərəfindən atəşə tutulduğunu bildirib.

Məlumatda deyilir ki, fevralın 21-i saat 20:45-dən fevralın 22-si saat 01:20-dək Azərbaycan Ordusunun mövqeləri 15 dəfə atəşə tutulub.

MN-nin verdiyi məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan ordusunun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətlərində yerləşən mövqelərini snayper tüfəngindən və müxtəlif çaplı digər atıcı silahlardan fasilələrlə atəşə tutub.

Məlumatda həm də Rusiya sülhməramlı kontingentinin nəzarətində olan Azərbaycan ərazisindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Təzəkənd yaşayış məntəqəsi, Şuşa şəhəri və Xocavənd rayonu istiqamətlərində yerləşən mövqelərinin də atəşə tutulduğu bildirilir.

 

 

Teqlər