Əliyev hakimiyyətinə qarşı təzyiqlər artır
Aİ Laçin dəhlizi ilə hərəkət azadlığını təmin etməyə çağırıb
Avropa İttifaqı Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən qəbul edilmiş qərara istinad edərək Azərbaycana olan çağırışını təkrarlayıb.
Aİ diplomatik xidmətinin rəsmi nümayəndəsi Piter Stano qeyd etdi ki, Avropa İttifaqı Laçin dəhlizində davam edən maneələrdən və bunun nəticəsində yerli mülki əhali üçün humanitar nəticələrdən narahatdır. Avropa İttifaqı Azərbaycan hakimiyyətinə 9 noyabr 2020-ci tarixli üçtərəfli bəyanat əsasında üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq Laçin dəhlizi ilə hərəkət azadlığın və təhlükəsizliyi təmin etməyə çağırır.
Stano Dağlıq Qarabağ əhalisinin qaz, elektrik enerjisi və digər xidmətlərin fasiləsiz təminatının həyati vacibliyini də vurğulayıb.
Xatırladaq ki, Beynəlxalq Ədalət Məhkəməsinin qəbul etdiyi qərarda bildirilir ki, Azərbaycan Laçın dəhlizi ilə hər iki istiqamətdə insanların, nəqliyyat vasitələrinin və yüklərin maneəsiz hərəkətini təmin etmək üçün əlində olan bütün tədbirləri görməlidir.