Mart 01, 2023 14:02 Asia/Baku
  • Qarabağ qazisi aclıq aksiyasını davam etdirir

Səbuhi Səlimovun səhhətində problem yaranıb

Azərbaycan hakimiyyəti tərəfindən həbs edilmiş Qarabağ qazisi aclıq aksiyasını davam etdirir.

 Səbuhi Səlimov yanvarın 11-dən aclıq aksiyası keçirir. Son günlər isə məlum olub ki, əqidə məhbusu artıq yeriyə bilmir və vəziyyəti kritik həddə qədər gərginləşib.

Sosial media üzərindən paylaşım edən qızı artıq atasının yeriyə bilmədiyini bildirib. Dəstək üçün Səbuhinin qızı müraciət edərək nüfuzlu ruhani, ictimaiyyət nümayəndələri və inanclılardan yardım istəyib. O, atasının ölümünə laqeyd qalmamaq üçün hər kəsi bu işdə aktivlik göstərməyə çağırıb.

Qeyd edək ki, Səbuhi Səlimov 2021-ci ilin oktyabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb.

Səbuhi Səlimov vətənə xəyanət ittihamı ilə şərlənib həbs edilməsinə və sifarişli məhkəmə hökmünə etiraz olaraq aksiya keçirir. O, 17 il müddətinə azadlıqdan mərhum edilib.

 

Teqlər