Hacı Şahin Həsənli vəfat edib
https://azeri.sahartv.ir/news/azərbaycan-i397859-hacı_Şahin_həsənli_vəfat_edib
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli dünyasını dəyişib.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Mart 02, 2023 12:34 Asia/Baku
  • Hacı Şahin Həsənli vəfat edib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli dünyasını dəyişib.

 SəhərAzəri-nin məlumatına əsasən, Hacı Şahin Həsənli gecə saatlarında ürəktutmasından dünyasını dəyişib. Ruhani 1991-ci ildən başlayaraq fərdi qaydada dini təhsil almağa başlayıb. 1992-ci ildə isə, Bakı şəhəri Yasamal rayonunda yerləşən “Hüseyniyyə” adlı kiçik ibadət evində ruhani fəaliyyətinə başlayıb. 2001-ci ildən Bakı şəhəri Nəsimi rayonunda yerləşən “Məşədi Dadaş” məscidində imam-camaat olub.

  2013-cü ildə “Məşədi Dadaş” məscidinə axund, 2014-cü ildə Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə səlahiyyəli nümayəndəsi, 2021-ci ildə isə QMİ Qazilər Şurasının üzvü təyin olunub.

 Hacı Şahin dini fəaliyyətləri dönəmində Əhli-Beyt maarifinin nəşrinə xüsusi diqqət ayırdı və təkfirçilik ideyaları ilə qarşılaşmada fəal rol oynadı. O, bəzi qərəzli qüvvələr tərəfindən anti-İran mövqeyi sərgiləməyə sövq edilsə də, daha çox insaf və ədalət dairəsindən kənara çıxmadı.

Allah rəhmət eləsin!