Mart 11, 2023 15:29 Asia/Baku
  • Avropadan tayfa rejiminə daha bir çağırış

Azərbaycan qoşunları Ermənistan ərazisindən çıxsın!

  SəhərAzəri-nin məlumatına əsasən, Avropa İttifaqı-Ermənistan Parlament Tərəfdaşlığı Komitəsi Azərbaycanı dərhal Ermənistan ərazilərindən çıxmağa çağırıb.

  Aİ-nin rəsmi saytında bildirilir: “Biz Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli və sülh yolu ilə həllinə və ATƏT-in Minsk Qrupunun həmsədrliyinin mandatı çərçivəsində gücdən istifadə etməmək, ərazi bütövlüyü və bərabər hüquqlar habelə xalqların öz müqəddəratını təyin etmələri prinsiplərinə əsaslanan prosesə dəstəyimizi bir daha bəyan etdik”.

  Bəyanatda həmçinin bütün qalan erməni hərbi əsirlərin və digər məhbusların geri qaytarılması, münaqişə zonasında mədəni irsin qorunması və Dağlıq Qarabağa humanitar yardımların daşınması üçün təxirəsalınmaz addımların atılmasına çağırış edilib.

  Ermənistanla Avropa İttifaqının birgə bəyanatında qeyd olunur ki, Azərbaycan qoşunlarının müvəqqəti olaraq Ermənistan ərazisinə daxil olması qəbuledilməz haldır, çünki Ermənistanın ərazi bütövlüyü və beynəlxalq hüquq pozulubdur. Ona görə də Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə gələcək irəliləyiş son dərəcə vacibdir. Həmçinin gərginliyin qarşısını almaq və yerli əhalinin hüquqlarını təmin etmək üçün bütün hərbi qüvvələr sərhəd bölgələrindən çıxarılmalıdır.

 

Teqlər