Mart 19, 2023 22:54 Asia/Baku
  • Beynəlxalq Cinayət Məhkəməsinin Putinin həbsinə dair qərarını necə qarşıladınız?

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliy Moderator.az-a verdiyi müsahibədə Beynəlxalq Cinayət Məhkəməsinin Putinin həbsinə dair qərarına münasibət bildirərkən bunu qərbin müharibəyə son qoyacaq hərhansı müzakirənin yolunu bağlamaq istəyindən mənşə aldığını deyib.

SəhərAzəri-nin məlumatına əsasən, “BCM-in​ icrası mümkün olmayan belə bir qərarını​ Qərbin `sona qədər müharibə qərarı` adlandırmaq olar. Putin barədə həbs qərarı danışıqlar yolu ilə müharibəyə son qoyulması imkanlarını demək olar ki,sıfıra yaxınlaşdırdı.Qərb Ukraynanı müharibəni davam etdirə bilməsi üçün maliyyə və silahla təmin edəcək,amma qələbəsi üçün lazım olan səviyyədə silah verməyəcək.Hələlik görünən budur”,- Deputat deyib.

BAXCP sədri vəziyyətdən çıxış yolu barədə isə Çinin mövqeyini dəstəkləyib:

“Çin ədalətli ,beynəlxalq hüquqa söykənən mövqeyi ilə müharibəyə son qoya bilər,amma o da öz maraqlarını irəli çəkərək bunu etmir.Çünki fikirləşir ki,müharibə həm Rusiyanı,həm də Qərbi əldən salır.Bu isə tərəfləri ondan asılı edir və onun maraqlarına uyğundur”,- Qüdrət Həsənquliy bildirib.

 

Teqlər