Rusiya sülhməramlıları:
Azərbaycan tərəfindən təmas xətti pozulub
Rusiya sülhməramlıları Azərbaycan tərəfindən təmas xəttinin pozulduğunu bildirərək Azərbaycan tərəfini dövlət başçılarının üçtərəfli sazişlərinin müddəalarına əməl etməyə çağırıb.
Rusiya sülhməramlılarının rəhbərliyi martın 25-də Qarabağda təmas xəttinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən pozulduğunu elan edib.
Azərbaycanlılar “Şuşa rayonu ərazisində təmas xəttini keçərək, 2054 m hündürlüyünü tutaraq (Sarıbaba dağından 2,9 km şimal-şərqdə) post qurmaga başlayıblar.
Rusiya sülhməramlılarının komandanlığı böhranlı vəziyyətin gərginləşməsinin qarşısını almaq və tərəflərin qarşılıqlı təxribatlarının qarşısını almaq üçün tədbirlər görür.
Azərbaycan tərəfinə dövlət başçılarının üçtərəfli sazişlərinin müddəalarına əməl etmək, mühəndis-texniki işlərin dayandırılması və silahlı qüvvələrin əvvəllər tutduqları mövqelərə qayıtmaq tələb edilib”, - məlumatda deyilir.