Apr 01, 2023 19:03 Asia/Baku
  • Əliyevin Xarici İşlər Nazirliyindən İrana qarşı növbəti cəfəng ittiham

“Deputata qarşı terror aktının ilkin izləri İrana dəlalət edir!!!”

SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan Xarici İşlər Nazirliyi İran Xarici İşlər Nazirliyinin mətbuat katibinin 31 mart tarixli bəyanatını anti-Azərbaycan addım kimi qiymətləndirib.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani dünənki açıqlamasında sionist rejimin xarici işlər naziri Eli Kohenin Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında səsləndirdiyi fikirlərlə bağlı açıqlama verib.

N.Kənani nazirlərin birgə bəyanatını anti-İran anlaşması və Tehrana qarşı vahid cəbhə kimi qiymətləndirib. O bildirib ki, İsrailin xarici işlər nazirinin Azərbaycan xarici işlər naziri ilə imzaladığı birgə bəyanat “İrana qarşı vahid cəbhə”, həmçinin beynəlxalq sərhədi dəyişdirmək kimi mənfur niyyətləri ifadə edən növbəti sənəddir.

XİN-in sözçüsü Ayxan Hacızadə isə bildirib ki, Azərbaycan öz ərazisindən üçüncü dövlətlərə qarşı istifadəyə heç zaman imkan verməyib. Bunun əksinə, son zamanlar İran ərazisindən Azərbaycana qarşı təhdidlər səsləndirilir və təxribatlara yol verilir. Ayxan Hacızadə qeyd edib ki, Azərbaycanın İrandakı səfirliyinə qarşı hücum və deputat Fazil Mustafaya qarşı həyata keçirilən terror aktının istintaqının ilkin izləri də hadisənin İrana bağlı olduğuna dəlalət edir.

 

Teqlər