Apr 20, 2023 16:36 Asia/Baku
  • İsrail Azərbaycanın altını və üstünü nəzarətə götürür

Bakıda keçirilən Azərbaycan Respublikası ilə sionist İsrail rejimi arasında Birgə Komissiyanın 3-cü iclasında 4 sənəd imzalanıb.

İqtisadiyyat Nazirliyinin məlumatından bəlli olur ki, imzalanan sənədlər Azərbaycan Respublikasının bütün coğrafiyasını, kənd təsərrüfatı, ekologiya, qida, su, ərzaq təhlükəsizliyi kimi strateji ehtiyatları və sahələri əhatə edir, eyni zamanda sionist rejimin Azərbaycan Respublikasında casusluq fəaliyyətləri üçün hər cür şərait yaradır.

Məlumatda qeyd olunub ki, imzalanan sənədlər sırasında ətraf mühitin mühafizəsi ilə bağlı Saziş, Azərbaycan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə sionist rejim arasında texnoloji innovasiyalar sahəsində Birgə Bəyannamə, SOCAR və İsrail rejiminin "Union Energy" şirkəti arasında əməkdaşlıq haqqında Saziş, "Azərsu" ASC ilə sionist rejimin Su Şirkəti – "Mekorot" arasında Anlaşma Memorandumu var.

Ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında imzalanan Saziş işğalçı rejimin Azərbaycan Respublikası coğrafiyasının hərhansı bir nöqtəsinə əlçatanlığını təmin edir.  

Birgə Komissiyanın İclasında çıxış edən Azərbaycanın iqtisadiyyat naziri, Birgə Komissiyanın həmsədri Mikayıl Cabbarov qeyd edib ki, investisiya, innovasiyalar, informasiya, kənd təsərrüfatı, ekologiya, qida, su, enerji texnologiyaları, əczaçılıq və biotexnologiya, ərzaq təhlükəsizliyi, kibertəhlükəsizlik, turizm, kiçik və orta sahibkarlıq və digər sahələrdə əməkdaşlıq üçün geniş perspektivlər var və bu potensialın reallaşdırılması üçün özəl sektor fəallığını artırmalıdır.

İqtisadiyyat naziri Azərbaycan Respublikası coğrafiyasından əlavə Xəzər dənizinə də qəsbkar sionistlərin ayağını açmaq niyyətindən xəbər verərək, sionist şirkətləri Ələt Azad İqtisadi Zonasının, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarından yararlanmağa, birgə layihələrin həyata keçirilməsinə dəvət edib.

Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev də bu ölkənin yeraltı və yerüstü sərvətlərinin işğalçı sionistlərin nəzarətinə veriləcəyindən danışıb. İqlim dəyişiklikləri ilə bağlı qlobal çağırışlara toxunan nazir Azərbaycanda ekologiya, ətraf mühitin mühafizəsi üzrə həyata keçirilən layihələr barədə məlumat verib, bu sahələrdə İsraillə əməkdaşlığın genişləndirilməsinin önəmini qeyd edib.

 

 

Teqlər