Apr 20, 2023 16:54 Asia/Baku
  • Oqtay Mirqasımov göstərilən filmləri xəyanət adlandırıb

"Azərbaycan cəmiyyətinə bəzən elə filmlər təqdim olunur ki, baxdıqca xəcalət çəkirsən. Qəzəb və qorxu hissi keçirirəm. İstəmirəm belə filmlər nümayiş olunsun. Salondan çıxıb düşünürsən ki, bu ki xəyanətdir"

"Bu gün təəssüf ki, ölkədəki kinoteatrlarda, o cümlədən Nizami Kino mərkəzində millətin zövqünü xarab edən bayağı, primitiv filmlər nümayiş olunur".

Bu fikirləri Azərbaycan Respublikası xalq artisti, kinorejissor, ssenari müəllifi Oqtay Mirqasımov “Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda keçirilən Kino forumunda çıxışı zamanı deyib.

"Azərbaycan cəmiyyətinə bəzən elə filmlər təqdim olunur ki, baxdıqca xəcalət çəkirsən. Qəzəb və qorxu hissi keçirirəm. İstəmirəm belə filmlər nümayiş olunsun. Salondan çıxıb düşünürsən ki, bu ki xəyanətdir", o, əlavə edib.

 

 

Teqlər