May 04, 2023 16:28 Asia/Baku
  • Bakının anti-İran mövqeyi səngimir

Özünü Azərbaycan Respublikasının prezidenti hesab edən sionist rejimin bu respublikadakı qulluqçusu- İlham Əliyev Qarabağ məsələsində Azərbaycan Respublikasının mövqelərini himayə istiqamətində İranı islami həmrəyliyi pozan amil kimi təqdim edib!!

  SəhərAzəri-nin məlumatına görə, Əliyev “Böyük Avrasiyanın geopolitik formalaşmasının keçmişi və bu günü” adlı konfransda deyib: Azərbaycanda yaşayan insanlar kimi, biz də İran-Ermənistan münasibətlərindən o qədər də razı deyilik. Bir siyasətçi kimi dərk edirəm ki, onlar qonşudurlar və hər bir ölkənin xarici siyasətinin öz prioritetləri var!.. Azərbaycanda çoxları gözləyirdilər ki, Qarabağın işğalı dövründə onlar Türkiyə, Ərəbistan və Pakistan kimi münasibətlərə malik olmuş olsunlar… İnsanlar elə zənn edirdilər ki, İranın həmin üç ölkə arasında yerləşməsi daha təbii olardı!!!.

  İlham Əliyevin İranofobiyası və naşükürlüyü elə bir şəraitdədir ki, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın Qarabağ məsələsi barədəki fürsəttələblilik və zəif mövqeli siyasətlərinin əksinə olaraq, İran İslam Respublikası ötən otuz il ərzində media, diplomatiya və siyasi sahələrdə daima Azərbaycan Respublikasının xeyrinə fəaliyyət göstərib və İslam Əməkdaşlığı Təşkilatında, həmçinin digər təşkilatlarda həmrəyliyin yaradılması və Azərbaycan Respublikasını himayə edən qətnamələrin verilməsində ən fəal rola malik olub. Əməl meydanında da İran, Azərbaycan Respublikası xalqından heç bir tələb və gözləntisi olmadan daima bu xalqı himayə edibdir.

  Amma Əliyev təqribən son üç ildə, ikinci Qarabağ savaşında istifadə olunmuş silahlara görə, özünü sionist İsrail rejiminə borclu hesab etdiyi üçün intensiv şəkildə  İran İslam Respublikasına qarşı mövqe tutur və ingilis,  sionist və türkiyəli hərbi məsləhətçilər tərəfindən təlqin edilən mehvərləri təkrar edir!

  Bakı mediaları İrana qarşı yeni iftira və böhtan dalğasına başlamaqla yanvarın 27-də Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə olmuş hücum barədə yeni görüntülər tapdıqlarını iddia ediblər!!!

  İrana qarşı yeni iftira və böhtan dalğasını da məhz İlham Əliyev Şuşada keçirilən “Böyük Avrasiyanın geopolitik formalaşmasının keçmişi və bu günü” adlı konfransa şəxsən anti-İran çıxışı ilə start verdi!

 

Teqlər