May 08, 2023 18:47 Asia/Baku
  • Növbəti Qarabağ qazisi intihar edib

Xəzər rayon sakini, 44 günlük Qarabağ-Vətən müharibəsi iştirakçısı, qazi Hüseynzadə Elçin Xalid oğlu süründürməçiliyə məruz qaldığı üçün intihar edərək, özünü öldürüb.

SəhərAzəri-nin məlumatına görə, Xalidin dostları bildirir ki, o, idmançı idi və çalışırdı ki, mütəmadi idmanla məşğul olsun. Ancaq maddi sıxıntı buna imkan vermirdi.

İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən iki il yarım ərzində Azərbaycanda onlarla müharibə veteranı - qazilər intihar edib. Bu, onların keçirdikləri sarsıntıların nəticəsi, yetərli psixoloji dəstək ala bilməməsi, sosial çətinliklərlə üzləşməsi kimi amillərlə izah edilir.

Beləliklə də hər gün Azərbaycandan Qarabağ müharibələri qazilərinin intihar və ya intihara cəhd xəbərləri gəlir. Onların sayı, bəzi hesablamalara görə, artıq 50-ni keçib.

 

Teqlər