Hakimiyyət mediası Kılıçdaroğluna od püskürür
https://azeri.sahartv.ir/news/azərbaycan-i399737-hakimiyyət_mediası_kılıçdaroğluna_od_püskürür
Türkiyə müxalifətinin prezident seçkilərində vahid namizədi, CHP lideri Kamal Kılıçdaroğlunun seçkiqabağı vəd etdiyi “Yeni İpək Yolu” xəritəsində Azərbaycan yer almayıb. Bu isə Bakıda qəzəb doğurub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 08, 2023 15:36 Asia/Baku
  • Hakimiyyət mediası Kılıçdaroğluna od püskürür

Türkiyə müxalifətinin prezident seçkilərində vahid namizədi, CHP lideri Kamal Kılıçdaroğlunun seçkiqabağı vəd etdiyi “Yeni İpək Yolu” xəritəsində Azərbaycan yer almayıb. Bu isə Bakıda qəzəb doğurub.

SəhərAzəri-nin məlumatına görə, Tayfa rejiminin nəzarətində olan "Report" saytı xəbər verir ki, “böyük layihə” adı altında onun yaydığı videomüraciətdə Azərbaycanın yer almaması seçkilərdə onun qələbə çalacağı halda hansı "məzhəbə qulluq edəcəyini" açıq şəkildə göstərir.

Məqalədə deyilir: “Özünəməxsus, cəfəngiyyat dolu layihə Türk dünyasını İrandan və Çindən asılı edərək onun zəifləməsinə xidmət edir, eləcə də Zəngəzur dəhlizi layihəsini məhvə sürükləyir.”

Həmçinin iddia olunub ki, Zəngəzur dəhlizi guya Pekin üçün cəlbedici hesab olunur.

Müəllif qeyd edir ki, “indiki Türkiyə hakimiyyətinin daim Azərbaycanın yanında olmasını əks etdirən bəyanatları ilə müqayisədə CHP-nin Azərbaycana qarşı xoş olmayan münasibəti göz qabağındadır. CHP-nin qərəzli seçkiqabağı vədlərinə diqqətlə nəzər salsaq, görərik ki, bu, hər iki ölkə üçün heç də yaxşı gələcək vəd etmir. Ərdoğandan əvvəlki hökumətlərin dövründə mövcud olan soyuqluq qayıda, “bir millət - iki dövlət” strategiyasına xələl gətirilə bilər. Bununla yanaşı, çıxışları və bəyanatları ilə özünü şübhəli aparan Kamalın qalib gələcəyi təqdirdə o, Ermənistanla sərhədi qeyd-şərtsiz açacaq.”

Report saytının yazarı xəbərdarlıq edir ki, Kılıçdaroğlu hakimiyyətə gələrsə, Ərdoğanın hazırkı türkdilli ölkələrin birliyi istiqamətindəki siyasi kursu da naməlum olacaq.