May 11, 2023 12:55 Asia/Baku
  • Zod ərazilərində doyuş gedir

Azərbaycan Respublikası Müdafiə Nazirliyi mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələrinin Basarkeçər rayonunun Zod istiqamətində Azərbaycan Ordusunun mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutduğunu bildirib.

Azərbaycan Respublikası Müdafiə Nazirliyi hadisə ilə bağlı özünün ilk məlumatında Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Mahmudlu Müslüm Vidadi oğlunun başından ağır yara aldığını bildirmişdi ancaq son bəyanatında Azərbaycan Ordusunun başqa hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlunun həyatını itirdiyini bildirib.  

Ermənistan mediyasında isə Azərbaycan Ordusunun bölmələri tərəfindən tibb maşınına atəş açılması nəticəsində döyüşün başlandığı deyilir.

Ermənistan Müdafiə Nazirliyi isə Ermənistan-Azərbaycan şərti sərhədində baş verən silahlı toqquşma nəticəsində 4 erməni hərbçinin yaralanmasını bildirib.

Azərbaycan Müdafiə Nazirliyi növbəti bəyanatlarında mayın 11-i səhər saatlarından Zod istiqamətində Azərbaycan Ordusunun mövqelərinin Ermənistan ordusu tərəfindən iriçaplı silahlar və minaatanlardan istifadə etməklə atəşə tutulduğunu və bu hücumların davam etməkdə olduğunu bildirib.

Azərbaycan Respublikası və Ermənistan orduları arasında bu toqquşma elə bir şəraitdə baş verir ki, Avropa Birliyinin təşəbbüsü ilə iki ölkə rəhbərlərinin bir neçə həftədən sonra görüşəcəkləri planlaşdırılıb.

 

 

 

Teqlər