May 14, 2023 18:00 Asia/Baku
  • Əliyev və Paşinyan Avropa İttifaqı Şurasının prezidenti ilə görüşüblər

Brüsseldə Azərbaycan Respublikasının prezidenti və Ermənistanın baş naziri Avropa İttifaqı Şurasının sədri Şarl Mişel ilə ayrı-ayrılıqda görüşüb və danışıqlar aparıblar.

SəhərAzəri-nin məlumatına görə, İlham Əliyev və Şarl Mişel Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesinin Brüssel formatının bərpasını alqışlayıblar. Azərtac xəbər verir ki, Əliyev bu istiqamətdə göstərdiyi səylərə görə Şarl Mişele minnətdarlığını bildirib.

Söhbət zamanı Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı son aylarda baş verən proseslər, Vaşinqton danışıqları, Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət, o cümlədən İlham Əliyev, Şarl Mişel və Nikol Paşiniyanın iştirakı ilə bu gün keçiriləcək üçtərəfli görüşün gündəliyi müzakirə edilib.

Armen Press-də bildirib ki,  Paşinyan Avropa Şurasının prezidenti ilə görüşündə regiondakı hərbi-siyasi və humanitar vəziyyəti müzakirə edib.

Ermənistanın baş naziri və Avropa İttifaqı Şurasının sədri Azərbaycan prezidentinin iştirakı ilə mayın 14-də gözlənilən üçtərəfli görüşü də müzakirə edib və iyunun 1-də Avropa Siyasi Birliyinin Zirvə Toplantısı çərçivəsində Kişinyovda Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltz ilə beştərəfli görüşün keçirilməsinin əhəmiyyətini qeyd ediblər.

Qeyd edək ki, Əliyev, Paşinyan və Mişel arasında üçtərəfli görüş artıq başlayıb.

 

Teqlər