İran səfiri C. Bayramovla görüşüb
https://azeri.sahartv.ir/news/azərbaycan-i400501-İran_səfiri_c._bayramovla_görüşüb
İran İslam Respublikasının Bakıdakı səfiri Azərbaycan Respublikasının xarici işlər naziri ilə görüşüb və onunla məşvərət edib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
İyun 04, 2023 11:07 Asia/Baku
  • İran səfiri C. Bayramovla görüşüb

İran İslam Respublikasının Bakıdakı səfiri Azərbaycan Respublikasının xarici işlər naziri ilə görüşüb və onunla məşvərət edib.

Seyid Abbas Musəvi dünən Ceyhun Bayramovla görüşdə onunla ikitərəfli əlaqələrdəki son dəyişikliklər ətrafında fikir mübadiləsi aparıb.

İran İslam Respublikasının Bakıdakı səfiri bundan əvvəl də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin köməkçisi Hikmət Hacıyevlə görüşmüşdü.

İkitərəfli münasibətlərdə baş verən son hadisələr, həmçinin iki ölkə arasında yaranmış problem və anlaşılmazlıqlardan sonra İran İslam Respublikası və  Azərbaycan Respublikasının xarici işlər nazirləri Hüseyn Əmir-Abdullahiyan və Ceyhun Bayramov son zamanlar üç dəfə telefonla söhbət ediblər.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin bildirişinə əsasən, iki ölkənin xarici işlər nazirlərinin görüşlərinin iki ölkə paytaxtlarında davam etdirilməsi müştərək iş gündəmində duran mözulardandır.

Sözügedən konstruktiv söhbətdə tərəflər iki ölkə rəsmilərinin məşvərətlərinin davam etdiriməsinə təkid ediblər.