Azərbaycan Respublikasında daha bir hərbçi canına qıyıb
DSX-nin hərbçisi intihar edib
İyun 11, 2023 12:33 Asia/Baku
Azərbaycan Respublikasında daha bir hərbçi canına qıyıb.
SəhərAzəri-nin məlumatına əsasən, Dövlət Sərhəd Xidmətinin (DSX) hərbçisi özünü güllələyərək öldürüb.
Bu barədə Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Firad Əliyev deyib.
O bildirib ki, DSX-nin "N" saylı hərbi hissəsinin hərbi qulluqçusu, kiçik gizir Rahil Rahib oğlu Əhmədovun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Qubadlı Hərbi Prokurorluğuna məlumat daxil olub.
Yeri gəlmişkən bildirək ki, intiharlar və nizamnamədənkənar ölümlər daha çox əsgərlərin təhqir olunması, işgəncə verilməsi səbəbindən baş verir. Lakin bu faktlar çox vaxt hərbi hissə komandirləri tərəfindən ört-basdır edilir.
Teqlər