Azərbaycan Respublikasında qız uşaqlarının abort etməsi narahatlıq doğurur
Psixoloq səbəbi Avropa mədəniyyəti ilə yaxınlaşmada görür
Azərbaycan Respublikasında qız uşaqlarının abort etməsi ciddi narahatlığa səbəb olub.
SəhərAzəri-nin məlumatına əsasən, Yeni Sabah saytı ilə müsahibədə tanınmış psixoloq Gülnar xanım Orucova deyib: “Yeniyetmələr düşünür ki, biz niyə avropalılar kimi deyilik?! Bəs niyə evlənənə qədər cinsi əlaqə qurmayaq?! Məhz bu baxış əsasında indi yeniyetmələr 15-17 yaşlarında cinsi əlaqədə olmaq istəyirlər...”
Psixoloq qeyd edib ki, yeniyetməlik dövründə özbaşınalıq pik həddə çatır. Lakin onlar öz emosiyalarını cilovlamağı bacarmalıdırlar, Bu gün klublara nəzər salanda müşahidə edirik ki, orada gənc yaşda qızlar çoxluq təşkil edir. Bu yaşda olan yeniyetmələri dövlət heç olmasa orta məktəbi bitirməyə məcbur etməlidir. Halbuki tədbir görülmür, nəticədə özbaşınalıqların sayı artır, abortların da sayı artır.
Bu arada Azərbaycan mediası Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, 2022-ci ildə bu ölkədə 15-19 yaş qrupları arasında 2 100 abort qeydə alınıb.
Onlardan 15-17 yaş aralığında olanların sayı 100, 18-19 yaş aralığında olanların sayı isə 2 min olub.
Qeyd edək ki, Azərbaycanda 2022-ci ildə ümumilikdə 58 min abort qeydə alınıb.