Məmurlar üçqat dünya çempionunu da dələduz etdilər
Kikboksinq üzrə üçqat dünya çempionu, Əməkdar idman ustası Elman Mirzəyevin dələduzluq ittihamı ilə həbs edildiyi bildirilir.
Dələduzluqda ittiham edilən tanınmış idmançı barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə istintaq müddəti üçün 2 ay müddətində həbs qətimkan tədbiri seçilib.
Məlum olur ki, tanınmış idmançının nüfuzundan faydalanaraq onu dələduzluğa sövq edən məmurlar onun məsuliyyətə cəlb olunmasına imkan verməyəcəklərini bildiribmişlər.
Beləliklə dələduzluq etdiksən sonra ziyan görmüş insanları vəzifəli şəxslərin ünvanına göndərirmiş və zərərçəkənlər susdurulurmuşlar.
Elman Mirzəyev bir nəfərin "Land Rover" markalı avtomobili alaraq onun dəyərini ödəməyib, başqa birinə xaricdən "Range Rover Sport" və "Bentley" markalı avtomobillər gətirəcəyini vəd edərək pulunu mənimsəyib və digər əmlakla bağlı oxşar dələduzluq əməlləri törədib. Hələlik onun barəsində 400 min manatdan çox dələduzluq ittihamı var.
Zərərçəkən şəxslər geridə qalan uzun müddət ərzində Elman Mirzəyevin vəzifəli və nüfuzlu şəxslərin adlarını çəkərək onlar vasitəsilə istintaqa təsir göstərməyə cəhd edərək məsuliyyətdən yayındığını deyiblər.
Keçmişdəki bir çox oxşar təcrübələri nəzərə alaraq Açılan cinayət işinin idmançı ilə ortaq olan vəzifəli adamların xeyirinə nəticələnəcəyi yaxud da onlara bəraət qazandırılaraq idmançının gücaza veriləcəyi ehtimal olunur.