Vaqonda yaşayan Aslan Qasımov narkotiklə şərlənib
https://azeri.sahartv.ir/news/azərbaycan-i401177-vaqonda_yaşayan_aslan_qasımov_narkotiklə_şərlənib
Astara rayonunun Ərçivan kəndində ailəsiylə birlikdə vaqonda yaşayan Aslan Qasımov Kərbəladakı şəklinə xatir həbs olunub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 28, 2023 12:11 Asia/Baku
  • Vaqonda yaşayan Aslan Qasımov narkotiklə şərlənib

Astara rayonunun Ərçivan kəndində ailəsiylə birlikdə vaqonda yaşayan Aslan Qasımov Kərbəladakı şəklinə xatir həbs olunub.

Müttəhimin anası Rəvayət Qasımova Meydan TV-yə bildirib ki, bir neçə gün oğlunun yeri, saxlanma səbəbi barədə ümumiyyətlə, heç bir məlumat ala bilməyiblər. Sonradan öyrəniblər ki, ona qarşı narkotik ittihamı irəli sürülüb.

Ailə üzvləri hesab edir ki, Aslan Qasımov narkotiklə şərlənib. O da məlum olub ki, həbsinin əsl səbəbi illər öncə Kərbəla ziyarəti zamanı orada çəkdirdiyi fotodur.

Aslan Qasımov iyunun 21-də saxlanılıb.

Rəvayət Qasımova deyib: “Bunun adı adam oğurluğudur. Fəhlə işlədiyi yerdən – palçığın içindən 10-15 nəfər Aslanı aparıb. Qardaşıyla birlikdə Astara polis şöbəsinə getdik. Orada üəryim xarab oldu. Rəis məni heyvanı qovan kimi qovdu”.

Onun sözlərinə görə, Aslan subay vaxtı Kərbəla ziyarətində olmuşdu. Ziyarət vaxtı orada azərbaycanlıları görüb. Orada birlikdə şəkil çəkdiriblər. Həmin şəkildəki dindarları bir müddət əvvəl narkotik ittihamıyla tutublar. Kiminsə telefonunda bu şəkli görüblər. Ona görə indi də gəlib Aslanı tutublar, tutandan sonra isə Aslana işgəncə veriblər.

Anası əlavə edib ki, Aslan Qasımov günü 10-15 manata fəhləlik edib, ailəsini dolandırmaqla məşğul idi. İstər narkotik, istərsə də casusluq kimi ittihamların onunla heç bir əlaqəsi ola bilməz.

“Müdafiə Xətti” insan haqları təşkilatı son 6 ay ərzində Azərbaycanda 500-ə qədər dini inanclı şəxsin narkotik ittihamıyla həbs olunması haqda məlumat yayıb. Həbs olunanlar şərləndiklərini, narkotik ittihamının böhtan olduğunu bildirirlər.