İrandan qovulmuş şahın gəlini Bakıda peyda olub
https://azeri.sahartv.ir/news/azərbaycan-i401368-İrandan_qovulmuş_şahın_gəlini_bakıda_peyda_olub
Xalq inqilabı ilə devrilmiş İran şahının gəlini Yasmin Pəhləvi Bakı çimərliklərinin birində çəkilmiş fotosunu sosial şəbəkədə paylaşıb.
(last modified 2024-04-14T09:20:47+00:00 )
İyul 04, 2023 13:25 Asia/Baku
  • İrandan qovulmuş şahın gəlini Bakıda peyda olub

Xalq inqilabı ilə devrilmiş İran şahının gəlini Yasmin Pəhləvi Bakı çimərliklərinin birində çəkilmiş fotosunu sosial şəbəkədə paylaşıb.

"AzadBaki" informasiya agentliyi xəbər verir ki, o, paylaşımında Azərbaycana dəvətlə gəldiyini bildirib.

“İlk dəfə Xəzər dənizinin sularında keçirdiyim dərin hissləri sizinlə bölüşmək istəyirəm. Ölkəmdən cəmi bir neçə saatlıq məsafədə olduğumu anlamaq o qədər qəribədir ki”, - deyə o bildirib.

AzadBakı qeyd edir ki, “belə görünür ailə diktaturası İranla münasibətlərin düzəlməsini istəmir. Əgər istəsəydi o, İran xalqının İrandan qovduqlarını Azərbaycana, Bakıya dəvət etməzdi”.

Tanınmış jurnalist Aygün Muradxanlı isə hakimiyyətin Rza Pəhləvinin arvadını Bakıya gətirməklə eybəcər hərəkətə yol verdiyini öz feysbuk paylaşımında tənqid atəşinə tutaraq yazıb: “ABŞ-da yaşayan kukla şah Rzanın arvadını, Fərəh Pəhləvinin gəlinini və türk düşmənini Azərbaycana kim dəvət edib? Qaynatası Güneydə onminlərlə insanı qətlə yetirib, faktiki soyqırım törədib… Türkləri insan yerinə qoymayıb, haqqımızda ağır təhqirlər deyiblər… İndi Xəzərdə şellənir, “dəvətlə gəlmişəm” deyir. Burda coğrafiyada nə baş verdiyindən xəbərsiz insanlar vəzifə başındadırlar. Onlara elə gəlir ki, Tehrana hər qarşı olanla ortaqlıq mümkündür”.