MBH sədri Nazim Bəydəmirlinin həbsini tənqid etdi
https://azeri.sahartv.ir/news/azərbaycan-i401542-mbh_sədri_nazim_bəydəmirlinin_həbsini_tənqid_etdi
Taleh Bağırzadə: Dəyərli vətən oğlu şərlənərək həbs edilib
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 09, 2023 17:18 Asia/Baku

Taleh Bağırzadə: Dəyərli vətən oğlu şərlənərək həbs edilib

Müsəlman Birliyi Hərəkatının həbsdə olan sədri Taleh Bağırzadə tanınmış iş adamı və keçmiş millət vəkilinin həbsini qınayıb.

T.Bağlrzadə bu haqda bəyanat yayaraq bildirib ki, Gədəbəyin Söyüdlü kəndində baş verən etirazlardan rejimin idarəçiliyində ölkənin hansı vəziyyətə endiyini aydın görmək olar. Hakimiyyət elə bir forma alıb ki, bütün etirazlara güc göstrməklə xalqın hər bir sinfinin onun əmrlərinə tabe olaraq bütün düşüncə imkanlarından məhrum, müti bir vəziyyəti vətəndaşına məcbur edir. Etirazdan sonra bu kəndin qapadılaraq ictimayyətlə hər növ əlaqələri kəsildi.

O qeyd edib ki, buna qarşı qalxan Nazim Bəydəmirli xalqın, millətin azad düşüncəli, ədalətin öz yerini alması üçün maneələrə cəsarəti ilə sinə gələn dəyərli vətən oğlunun şərlənərək saxlanılması hakimiyyətin siyasi həbslər sırasında atdığı növbəti addımı oldu. Gədəbəy olaylarına aydınlıq gətirməyə çalışan Nazim bəyin cəzalandırılması ailə hakimiyyətin bütün xalqın qorxu əsarəti ilə susmaq məcburiyyətinə bariz nümunədir.

Qeyd edək ki, iyulun 4-də Azərbaycan parlamentinin keçmiş deputatı, ictimai fəal Nazim Bəydəmirli Gədəbəy rayonunun Söyüdlü kəndində yerli sakinlərin etiraz aksiyaları ilə bağlı şübhəli şəxs qismində saxlanılıb, sonra isə onun haqqında 4 ay həbs qətimkan tədbiri seçilib.

Bir çoxları onun həbsinin sifarişli və siyasi motivli olduğuna inanır.