BQXK qaçaqmalçılıq ilə məşğul imiş
Laçın buraxılış məntəqəsindən keçid dayandırılıb
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Beynəlxalq Qırmızı Xaç Komitəsinin nəqliyyat vasitələrindən qaçaqmalçılıq məqsədi ilə istifadə olunduğuna görə Laçın dəhlizinin müvəqqəti olaraq bağlandığını bildirib.
Turan xəbər agentliyi DSX-yə istinadla verdiyi məlumatda Laçın dəhlizindən Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus nəqliyyat vasitələrinin gediş gəlişinə həmişə imkan yaradıldığını vurğulanır.
Məlumatda sonra bir neçə faktlarla həmin nəqliyyat vasitələrindən qaçaqmalçılıq məqsədi ilə istifadə olunnmasının aşkarlandığı bildirilir.
DSX-nin məlumatında Mobil telefonu, Mobil telefonunun detalları,siqaret və əlavə benzin, BQXK-ya məxsus nəqliyyat vasitələri ilə daşınanarkən aşkar və zəbt edilmiş qaçaq mallar kimi təqdim olunub.
Məlumatda o da qeyd olunur ki, “bu barədə BQXK-ya rəsmi kanallar vasitəsilə xəbərdarlıq edilməsinə baxmayaraq qanunazidd əməllər təkrar olunmuş və onların aradan qaldırılması üçün zəruri addımlar atılmamışdır.”
Azərbaycan Respublikası Sərhəd Xidmətinin məlumatında sonra deyilir: “BQXK-ya məxsus olan və tibbi təxliyyə həyata keçirən nəqliyyat vasitələrindən qaçaqmalçılıq üçün istifadə edilməsi Azərbaycan Respublikasının qanunlarının kobud şəkildə pozulması faktları olmaqla yanaşı, həm də ölkəmizin humanitar təşkilat olan BQXK-ya olan etimadından sui-istifadə olunmasıdır.”
DSX bildirir ki, qeyd olunan səbəblərə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılmış və zəruri istintaq tədbirləri həyata keçirilənə qədər Laçın dövlət sərhədindən buraxılış məntəqəsindən keçid müvəqqəti olaraq dayandırılmışdır.