Azərbaycanın icra başçısı doğulan məmurları
https://azeri.sahartv.ir/news/azərbaycan-i401808-azərbaycanın_icra_başçısı_doğulan_məmurları
Ötən gün Əhəd Abıyev Daşkəsənin icra başçısı vəzifəsindən azad edilib. Əhəd Abıyevin bu ilin yanvarında 65 yaşının tamam olması 65+ yaşda olan icra başçılarını gündəmə gətirib. Axar.az 65 yaşdan yuxarı icra başçılarının siyahısını yayıb.
(last modified 2024-10-16T10:36:13+00:00 )
İyul 18, 2023 13:00 Asia/Baku
  • Azərbaycanın icra başçısı doğulan məmurları

Ötən gün Əhəd Abıyev Daşkəsənin icra başçısı vəzifəsindən azad edilib. Əhəd Abıyevin bu ilin yanvarında 65 yaşının tamam olması 65+ yaşda olan icra başçılarını gündəmə gətirib. Axar.az 65 yaşdan yuxarı icra başçılarının siyahısını yayıb.

Siyahı 16 icra başçısından ibarətdir. Onlardan 9-u 65-70 arasında olan icra başçılarını təşkil edir. Qalan 7 icra başçısının yaşı isə 70-i də ötüb. Siyahıda ən yaşlı icra başçısı Zaqatala rayonunun icra başçısı Mübariz Əhmədzadədir. o 1947-ci ildə anadan olub, və hal-hazırda 76 yaşı var.

Yaşın yoxarı olması baxımından ikinci yerdə isə iki ildir işğaldan azad olunmuş Şuşanın 72 yaşlı icra başçısı Bayram Səfərov durur.

Üçüncü ən yaşlı icra başçısı isə Qobustan rayonunun icra başçısı Adil Məmmədovdur. O 1952-ci ildə anadan olub və 71 yaşı var.