İki general vəzifədən azad edilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i401809-İki_general_vəzifədən_azad_edilib
Müdafiə Nazirliyinin iki yüksək vəzifəli şəxsi vəzifəsindən azad edilib.
(last modified 2024-10-16T10:36:13+00:00 )
İyul 18, 2023 13:18 Asia/Baku
  • İki general vəzifədən azad edilib

Müdafiə Nazirliyinin iki yüksək vəzifəli şəxsi vəzifəsindən azad edilib.

Bizim.Media xəbər verir ki, Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini, general-mayor Elxan İbrahimov bir müddət əvvəl vəzifəsindən uzaqlaşdırılıb.

Elxan İbrahimov 2020-ci ilin iyulundan etibarən bu vəzifəni icra edirdi.

Məlumatda qeyd olunur ki, Elxan İbrahimov müdafiə naziri Zakir Həsənovun yaxın qohumudur.

Vəzifəsindən uzaqlaşdırılan digər məmur isə Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi Nizam Osmanovdur.

General-leytenant Nizam Osmanov 23 iyul 2021-ci ildən Maddi-Texniki Təminat Baş İdarənin rəisi vəzifəsini icra edirdi.

Vəzifədən uzaqlaşdırılanlardan birinin Müdafiə Nazirinin yaxın adamı olması digərinin isə nazirin maliyyə məsələlərinə aid sahə üzrə müavini olması Zakir Həsənova qarşı ittihamlar ehtimalı yaxud ən azından onun vəzifədən kənarlaşdırılması üçün zəmin yaradılması barədə söz-söhbətlərə səbəb olub.