“Cinayətkarlara qarşı lazımi tədbirlər görülməlidir”
https://azeri.sahartv.ir/news/azərbaycan-i401927-cinayətkarlara_qarşı_lazımi_tədbirlər_görülməlidir
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) İsveçdə Quranın yandırılmasını pisləyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 22, 2023 08:32 Asia/Baku
  • “Cinayətkarlara qarşı lazımi tədbirlər görülməlidir”

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) İsveçdə Quranın yandırılmasını pisləyib.

Bu barədə XİN-in Twitter hesabında paylaşım edilib.

Paylaşımda Azərbaycan Xarici İşlər Nazirliyi İsveç hakimiyyətini cinayətkarlara qarşı bütün lazımi tədbirləri görməyə və nifrət zəminində bu cür cinayətlərin təkrarlanmasının qarşısını almağa çağırıb.

İyunun 28-də İsveçin paytaxtı Stokholmun mərkəzində, məscidin yanında İraqdan olan 37-yaşlı mühacir Salvan Momika "Quran" kitabını yandırıb.

Vandallığa İsveç məhkəməsi aksiyaya icazə verib.

Bu hadisə müsəlman dünyasında qəzəblə qarşılanıb. İraqda İsveç səfirliyi yandırılıb, İraq İsveçin səfirini ölkədən çıxarıb.