Arif Hacılı: “Siyasi partiyalar haqqında” qanuna dəyişikliklər mürtəcedir!
https://azeri.sahartv.ir/news/azərbaycan-i401956-arif_hacılı_siyasi_partiyalar_haqqında_qanuna_dəyişikliklər_mürtəcedir!
Müsavat başqanı Turan Xəbər Agentliyi ilə müsahibədə “Siyasi partiyalar haqqında” qanuna dəyişiklikləri mürtəce təşəbbüs adlandırıb.
(last modified 2024-04-14T09:20:47+00:00 )
İyul 23, 2023 08:37 Asia/Baku
  • Arif Hacılı: “Siyasi partiyalar haqqında” qanuna dəyişikliklər mürtəcedir!

Müsavat başqanı Turan Xəbər Agentliyi ilə müsahibədə “Siyasi partiyalar haqqında” qanuna dəyişiklikləri mürtəce təşəbbüs adlandırıb.

Arif Hacılı deyib ki, əgər nazirlik Müsavatı qeydiyyata almasa, o zaman məhkəməyə müraciət edəcək.

Onun sözlərinə görə, hakimiyyətin siyasəti çoxpartiyalı sistemin məhvinə yönəlib. Hər bir vətəndaş bilir ki, Müsavat tanınmalı olan iki partiyadan biridir.

Arif Hacılı qeyd edib ki, Müsavat Partiyası sovet dönəmində 70 ilə yaxın qeyri-leqal fəaliyyət göstərib. Stalin rejimi Müsavatı tamamilə məhv edə bilmədi. Hazırda isə dövlət təşkilatlarında çalışan partiya üzvləri işlərini itirməmək üçün siyasi mənsubiyyətlərini gizlətmək məcburiyyətində qalırlar.