Azərbaycan XİN rəsmisi Rusiyanı ittiham edib
Sülhməramlılar öhdəliklərini dəqiq yerinə yetirmirlər
Avq 10, 2023 17:01 Asia/Baku
Azərbaycan XİN rəsmisi rusiyalı sülhməramlıların 10 noyabr 2020-ci il sazişinin müddəalarına zidd davrandıqlarını iddia edib.
Bu barədə Azərbaycan Xarici işlər nazirliyinin Təhlil və Strateji araşdırmalar departamentinin rəhbəri Maxur Qasımov məlumat verib.
Onun sözlərinə görə, Qarabağ məsələsi Rusiyanın regionda uzunmüddətli mövcudluğunu təmin etmək üçün unikal vasitədir. Bununla bağlı qeyd etmək yerinə düşər ki, hazırda sülhməramlı kontingent üzərinə düşən vəzifələri, o cümlədən Ermənistan Silahlı qüvvələrinin ərazilərdən çıxarılmasını nəzərdə tutan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 4-cü bəndində nəzərdə tutulan tapşırıqları yerinə yetirmir.