Rəsmi Bakıdan İrandakı terakta reaksiya
Azərbaycan XİN Şiraz şəhərində törədilən terror aktını şiddətlə qınayıb
Avq 14, 2023 14:58 Asia/Baku
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi #Şirazda törədilən terror aktını qətiyyətlə pisləyib və İran hökumətinə və xalqına, bu terror aktı qurbanlarının ailələrinə başsağlığı verib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X"də paylaşım edib.
Paylaşımda deyilir: “Azərbaycan terrorizmdən əziyyət çəkir və onun bütün formalarını və təzahürlərini pisləyir. Bu hücumda həlak olanların ailələrinə, İran hökumətinə və xalqına başsağlığı veririk”.