Azərbaycanda anti-korrupsiya tədbirləri niyə nəticə vermir?
https://azeri.sahartv.ir/news/azərbaycan-i402765-azərbaycanda_anti_korrupsiya_tədbirləri_niyə_nəticə_vermir
Son günlər Azərbaycan Respubliaksında yenidən məmurların həbsi ilə bağlı xəbərlər artıb. Beləliklə bir daha bu sual gündəmə gəlib ki, korrupsiya ilə bağlı həbslərdə artım olsa da, korrupsiya hallarında niyə azalma yoxdur?
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 20, 2023 11:35 Asia/Baku
  • Azərbaycanda anti-korrupsiya tədbirləri niyə nəticə vermir?

Son günlər Azərbaycan Respubliaksında yenidən məmurların həbsi ilə bağlı xəbərlər artıb. Beləliklə bir daha bu sual gündəmə gəlib ki, korrupsiya ilə bağlı həbslərdə artım olsa da, korrupsiya hallarında niyə azalma yoxdur?

Son günlər Azərbaycan Respublikasına idxal edilmiş məhsulların gömrük rəsmiləşdirilməsi prosesində süni maneələr yaradaraq sonradan gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsi müqabilində vətəndaşdan rüşvət alan bir qrup vəzifəli şəxs cinayət başında yaxalanıb.

Yeni Müsavat qəzeti bir araşdırmada yazır ki, ölkədə illərdir antikorrupsiya əməliyyatları həyata keçirilir, icra başçıları, nazir müavinləri, hətta nazirlər həbs edilir. Görünən budur ki, həbslərdən, xəbərdarlıqlardan nəticə çıxarmayan məmurlar qalmaqdadır və onlarla mübarizə daha da gücləndirilməlidir. Yaxud da digər təsirli tədbirlər görülməlidir.

Hüquqşünaslar isə deyir ki, hüquq mühafizə orqanları bir tərəfdən korrupsiyaya bulaşmış məmurları həbs edir, digər tərəfdən Azərbaycan məhkəməsi həmin məmuru 3-5 ilə açıb buraxır. Müşahidələr də göstərir ki, korrupsiya ittihamı ilə həbs olunan sabiq məmurların böyük əksəriyyəti vaxtından əvvəl azadlığa buraxılır. Bu, digər məmurlarda tutulacağı təqdirdə rüşvət verərək buraxılacağından arxayınlıq yaradır.

Qəzet “Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərova istinadla yazır ki, Azərbaycanda rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə istənilən nəticə əldə olunmur: “Bunun bir neçə səbəbi var. Əsas səbəb məmurların gəliri haqda hər ilin əvvəlində bəyannamə verməməsidir.

Hüquqşunas Azərbaycanda korrupsiyaya qarşı mübarizə çərçivəsində həbsə alınanların sayında yüksəliş olsa da bunun vəziyyətin dəyişməsinə təsir etmək gücündə olmadığını deyib və görülən tədbirlərin görüntü xarakteri daşıdığına eyham vurub.

Hüquqşünas korrupsiya əməlinə görə həbs olunan icra başçıları, nazir müavinləri, bələdiyyə sədrləri və digər məmurların mal-mülklərinin üzərinə həbs qoyulmalı olduğunu da xatgırladıb:

“Məhkəmələr belə hallarda birmənalı şəkildə korrupsiya əməli təsdiq olunan məmurun əmlakının müsadirəsi haqda qərar verməlidir. Əks halda, korrupsiyanın kökünü kəsmək çətin olacaq”,- Natiq Ələsgərov deyib.

Hüquqşünas deyir ki, antrikorrupsiya tədbirlərinə məhkəmə sistemi də uyğun qərarları ilə dəstək verməlidir: “Bu gün hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatlarla həbsə alınan nazir, icra başçısı məhkəmələrin hesabına cəzadan tez bir zamanda azad ediləcəklərinə arxayındırlar. Ona görə də onlarda belə bir düşüncə formalaşıb ki, bacardığım qədər çox oğurlayım ki, həbsə alınsam, bir hissəsini xərcləyim, həbsdə kef edim, qısa müddətdə azadlığa çıxım və pulları da götürüb ölkə xaricində özümə gün ağlayım. Bu düşüncə məmurları daha çox oğurlamağa, daha çox talamağa sövq edir”,-Huquqşunas bildirib.

Natiq Ələsgərova görə, korrupsiya əməli məhkəmə hökmü ilə təsdiqlənən məmurun əmlakı qeyd-şərtsiz müsadirə olunmalı, onun taladığı sahəyə, rayona qaytarılmalı, xalqın, millətin bu çətin günündə rifahına xərclənməlidir. Onun özü isə ən sərt cəzaya çatdırılmalıdır və Bu gün bütün bunlar reallaşmadığından vəziyyət dəyişmir.