Müasir Azərbaycanda Sovetdənqalma elektrik şəbəkəsi
https://azeri.sahartv.ir/news/azərbaycan-i402782-müasir_azərbaycanda_sovetdənqalma_elektrik_şəbəkəsi
Müstəqilliyindən 30 il keçməsinə və bu müddətdə böyük məbləğdə neft gəlirləri əldə edərək dünyada varlı ölkələr sırasında yer almasına baxmayaraq Azərbaycan Respublikasında hələ də elektrik şəbəkəsi bərbad vəziyyətdədir.
(last modified 2024-04-14T09:20:47+00:00 )
Avq 21, 2023 11:21 Asia/Baku
  • Müasir Azərbaycanda Sovetdənqalma elektrik şəbəkəsi

Müstəqilliyindən 30 il keçməsinə və bu müddətdə böyük məbləğdə neft gəlirləri əldə edərək dünyada varlı ölkələr sırasında yer almasına baxmayaraq Azərbaycan Respublikasında hələ də elektrik şəbəkəsi bərbad vəziyyətdədir.

Masallının Boradigah qəsəbəsinin bir qrup sakini səriştəsiz müvafiq dövlət qrumlarından ümidləri kəsildikdə Azərbaycan prezidenti İlham Əliyevə, eyni zamanda “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədova müraciət etmək məcburiyyətində qalıblar.

Onlar son illər yaşadıqları problemləri diqqətə çatdıraraq həlli istiqamətində addımlar atılmasını istəyiblər. Musavat.com-da dərc olunan müraciətdə  son illər ölkənin enerji sektorunda reklam edilən layihələrin görüntü xarakteri daşıdığı və bu sahədəki problemlərin aradan qaldırılmasına heç bir töhfə vermədiyi diqqətə çatdırılıb: “Cənab prezidentin açılışını etdiyi  obyektlərin sırasına diqqət etsək, burada əhalinin keyfiyyətli enerji təminatına hesablanan obyektlər şübhəsiz ilk yerdə olacaq. Amma təəssüf ki, ölkənin ən böyük şəhər tipli qəsəbələrindən biri olan Masallının Boradigah qəsəbəsində tamam fərqli və dəhşətli bir mənzərə mövcuddur. Bu qəsəbənin 10 mindən artıq sakini var. Qəsəbədə iki məktəb, xəstəxana, poliklinika, polis bölməsi və digər dövlət qurumları fəaliyyət göstərir.  Son illər qəsəbənin enerji təminatı sahəsində görülən tək əsaslı iş sayğacların kütləvi dəyişdirilməsidir”,-Boradgah qəsəbəsinin sakinlərinin müraciətində deyilir.

Müraciət müəllifləri bildiriblər ki, qəsəbədə mövcud olan işıq dirəklərinin və transformatorların əksəriyyəti istismar müddətini bitirmiş və bərbad vəziyyətdədir: “Transformatoların istisnasız olaraq heç biri mühafizə zolağına alınmayıb. Bu isə əsl təhlükə mənbəyidir. Onların yağla təminatı bərbad vəziyyətdədir. Nisbətən normal durumda olanların yüklənməsi çox olduğundan əksər məhəllələrə verilən gərginlik normalda 220 -230 V olmalı olduğu halda, 190-195-dən çox olmur. Məişət texnikalarının az gərginlik verilməsi  və qısa qapanma səbəbindən sıradan çıxması adi haldır. Əksər evlərdə kondisionerlər və məişət texnikaları əlavə stabilizatorlar hesabına çalışır.

Müraciətdə elektrik naqillərinin də bərbad vəziyyətdə olduğu və tez-tez təmirə ehtiyaclı olduğu diqqətə çatdırılır və bildirilir ki, yumşaq bir külək nəticəsində qırılan tellərin bərpası üçün uzun-uzadı səylər göstərilməlidir və müvafiq qurumlardan cavabdehlik yoxdur.

Müharibədə məğlub olmuş qonşu Ermənistan üçün keçmişdə qalan bu kimi rahatlıqla həll oluna bilən problemlərin enerji ölkəsi olan Azərbaycan Respublikasında hələ də geniş miqyasda davam etməsi, bu ölkədə icra strukturunun işləməməsi və korrupsiyanın bütün hakimiyyəti öz əhatəsinə götürməsi ilə əlaqələndirilir.