"Amnesty International":
Qubad İbadoğlunun həbsi açıq-aşkar qisasdır
Beynəlxalq insan haqları təşkilatı "Amnesty International" Azərbaycanda həbs edilən müxalif siyasətçi və iqtisadçı-alim Qubad İbadoğlunun müdafiəsi üçün kampaniyaya başlayıb.
“Qubad İbadoğlunun həbsi və mühakimə olunması hökuməti tənqid etməsi, siyasi və ictimai fəaliyyəti, o cümlədən azərbaycanlı korrupsionerlərin həbs edilən xarici aktivlərindən azərbaycanlı tələbələr üçün vəsaiti ayrılmağına çalışan fondun yaradılmasına kömək etdiyinə görə açıq-aşkar qisasdır”,-Təşkilatın saytında yerləşdirilən bəyanatda bildirilir.
"Amnesty İnternational" təşkilatı həmçinin İbadoğlunun azadlığa buraxılması tələbi ilə Azərbaycan prezidenti İlham Əliyevə müraciətin mətnini dərc edir və bütün maraqlı şəxsləri onu imzalayıb Azərbaycan rəhbərliyinə göndərməyə çağırır.
Müraciətdə qeyd edilir ki, İbadoğlu qurama saxta pul satmaq ittihamı ilə həbs edilib.
Müraciətdə Qubad İbadoğlunun xəstəlikdən əziyyət çəkdiyi bildirilir, onun dərhal azad edilməsi, daha əvvəl isə onu lazımi dərman və qida ilə təmin edilməsi, onun işgəncə və pis rəftardan qorunması tələb olunur.
Müraciətdə həbs olunarkən İbadoğluya və onun həyat yoldaşı İradə Bayramovaya zorakılıq edən şəxslərin cəzalandırılması tələbi də yer alıb.
Müraciətin sonunda Azərbaycan rəhbərliyinə “hökuməti dinc şəkildə tənqid edənləri və fərqli fikirdə olanları mühakimə etmək üçün cinayət ədliyyə sistemindən sui-istifadəyə son qoymağa” çağırış yer alıb.