Şahmat üzrə dünya çempionu Bakıda zəhərlənib
https://azeri.sahartv.ir/news/azərbaycan-i402851-Şahmat_üzrə_dünya_çempionu_bakıda_zəhərlənib
Şahmat üzrə 16-cı dünya çempionu Maqnus Karlsen Bakıda keçirilən dünya çempionatının yarımfinalında azərbaycanlı Nicat Abasovla görüşdən sonra zəhərləndiyini bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 23, 2023 12:32 Asia/Baku
  • Şahmat üzrə dünya çempionu Bakıda zəhərlənib

Şahmat üzrə 16-cı dünya çempionu Maqnus Karlsen Bakıda keçirilən dünya çempionatının yarımfinalında azərbaycanlı Nicat Abasovla görüşdən sonra zəhərləndiyini bildirib.

Bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FİDE) mətbuat xidməti dünya çempionunun açıqlamasını yayıb.

Onun sözlərinə görə, son iki gündür yemək yeyə bilmir:

“Normal vəziyyətdə yəqin ki, bir az üstünlüyüm olacaqdı. Çünki bir gün istirahət edərdim. Rəqibim  isə dünən çətin tay-breyk oynamalı idi. Amma son bir neçə gündə olduqca pis vəziyyətdə idim. Son iki gündür yemək yeyə bilmirəm. Buna görə də mən çox sakit idim. Çünki əsəbi olmağa gücüm yox idi” - deyə bildirilib.

Norveçli qrossmeyster dünən Bakıda keçirilən dünya çempionatının final mərhələsinin ilk oyununda hindistanlı, 18 yaşlı Rameşbabu Praqnanandha ilə heç-heçə oynayıb.

İkinci partiya avqustun 23-də keçiriləcək.