Azərbaycanda
Anti-ABŞ atmosfer güclənib
ABŞ-ın son aylar ərzində Qarabağdakı separatçılara dolayısı ilə dəstək nümayiş etdirməsi və Azərbaycan Respublikası suverinliyinin təmin edilməsinə qarşı mövqeləri Azərbaycanda anti-Amerika atmosferi gücləndirib.
Azərbaycan medialarında Amerikanın Qarabağ siyasəti və ABŞ senatorlarının separatçılara son dəstəklərinə qarşı materialların sayı artıb.
İqtisad elmləri doktoru, professor Fikrət Yusifovun Moderator.az-da dərc olunan Amerika Birləşmiş Ştatlarının dünyaya sərgilədiyi demokratiya oyunlarının altında gizlənənlər… başməqaləsində belə oxuyuruq:
“Demokratiya pərdəsi altında başqa ölkələrdə öz maraqlarını reallaşdıran ABŞ üçün müqəddəs heç nə yoxdur. Çirkin oyunları dövlət siyasəti səviyyəsinə qaldıran Birləşmiş Ştatlar on illərdir demokratiya pərdəsi altında dünyaya “mən nə istəyirəm onu da edirəm” hegomonluğunu diqtə edir.”
Müəllif dünya səviyyəsində hərhansı bir gərginlikdə ABŞ-ın əli olduğunu vurğulayır və yazır:
“Bu gərginlik ocaqları bir qayda olaraq Birləşmiş Ştatların qurduğu planlara uyğun yaradılır və onun tərəfindən idarə olunur. Məqsəd həmin ərazilərdə ABŞ-nin maraqlarını reallaşdırmaqdan ibarətdir.”
Müəllif Amerikanın Azərbaycana qarşı da eyni siyasət yurutduyunu xatırladır: “Müstəqillik illərində Azərbaycan da ABŞ-nin bu regionda yürütdüyü çirkin geosiyasi oyunlarla üz-üzə qalıb.
“ABŞ-in başlıca hədəfi Cənubi Qafqazda Azərbaycanı Suriya halına gətirməkdir.”-yazan müəllif bu niyyətin 44 günlük müharibədə qazanılan qələbə nəticəsində reallaşmadığını bildirir.
Məqalədə ABŞ-ın 44 günlük müharibənin nəticələrindən narazı qaldığı vurğulanır:
“44 günlük ikinci Qarabağ savaşında Azərbaycan bütün dünyaya öz gücünü, qüdrətini göstərdi. Otuz il işğal altında qalmış torpaqların azad edilməsi ilə xalq iqtidar birliyinin bu qədər möhkəmlənməsi Qərbin, ilk növbədə isə ABŞ və Fransa kimi dövlətlərin maraqlarına heç uyğun deyil. Ona görə də bu gün nə Vaşinqton nə də Paris Ermənistanla Azərbaycan arasında problemin həllinə ciddi səy göstərmir, yalnız görüntü yaradırlar.”
Müəllif ABŞ-ın Qarabağdakı separatçıların son seçkiləri barədə riyakarlığına da diqqət çəkib:
“ABŞ-nin Qarabağda keçirilmiş “seçkilər”lə bağlı ikiüzlü siyasəti də ortadadır. Bu “seçkilərdən” dərhal sonra dünyanın aparıcı dövlətləri və təşkilatları onun qanunsuzluğunu bəyan etsələr də ABŞ adminstrasiyası bu barədə susmaq qənaətinə gəldi və yalnız Azərbaycanın təzyiqlərindən sonra Dövlət Departamenti sıravi təmsilçisi səviyyəsində şifahi şəkildə “seçkini” tanımadığını bildirmək zorunda qaldı.”- məqalədə deyilir.
Iqtisad elmləri doktoru, professor Fikrət Yusifov sonra yazır:
“Bu bir daha sübut edir ki, ABŞ bölgədə sülh yaratmaqla bağlı bəyan etdiyi niyyətində səmimi deyil. Onu Cənubi Qafqazda sülh deyi, dünyanın bir çox bölgələrində olduğu kimi öz maraqları düşündürür. Bu məqsədlə ABŞ indiki reallıqları görməzdən gəlir və ciddi cəhdlə Qarabağdakı hərbi xuntanı leqallaşdırmağa çalışır.”