Qarabağdakı durumla ABŞ MTŞ məşğul olur
Birləşmiş Ştatlar "davam edən böhrandan zərər çəkənlərə dəstəyini davam etdirəcək». ABŞ Milli Təhlükəsizlik Şuranın sözçüsü Adrienne Uotson deyib.
Turan Xəbər Agentliyinin verdiyi məlumata görə, ABŞ Milli Təhlükəsizlik Şuranın sözçüsü Adrienne Uotson ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) nəyə görə İrəvanda qaldığını açıqlayıb:
“USAİD-in rəhbəri oradadır və bu gün Birləşmiş Ştatlar səhiyyə və digər fövqəladə ehtiyacların həlli üçün yerli icmalara Dağlıq Qarabağda zorakılıqdan zərər çəkmiş köçkünlər üçün sığınacaq və ləvazimatlarla təmin olunmasında kömək edir”, - deyə Uotson daha sonra bildirib.
O bildirib ki, Ağ Ev Dağlıq Qarabağda “bütün ehtiyacı olanlar üçün” humanitar yardımın davam etdirilməsinə çağırır.
“Dağlıq Qarabağda yanacaq anbarında baş vermiş partlayış nəticəsində ən azı 68 nəfərin həlak olması və yüzlərlə insanın yaralanması xəbərindən kədərlənirik və Dağlıq Qarabağ sakinlərinə və əziyyət çəkənlərin hamısına dərin hüznlə başsağlığı veririk”, - Milli Təhlükəsizlik Şuranın sözçüsü Adrienne Uotson açıqlamasında bildirb.
O qeyd edib ki, Birləşmiş Ştatlar "davam edən böhrandan zərər çəkənlərə dəstəyini davam etdirəcək». Watson İrəvanda yerləşən (USAID)-ə istinadla artıq 28 min insanın Dağlıq Qarabağdan Ermənistana getdiyini deyib.