ABŞ konqresmenləri Azərbaycan hakimiyyətinə qarşı tədbirlərin görülməsini istədilər
96 amerikalı konqresmen Bakıya qarşı sanksiyalara çağırıb
ABŞ Konqresinin 96 üzvü Bayden administrasiyasını Bakıya qarşı sanksiyalara çağırıb.
Bu məlumata əsasən, ABŞ Senatının və Nümayəndələr Palatasının 96 üzvündən ibarət ikipartiyalı qrupu Qarabağlı bağlı Dövlət katibi Entoni Blinken və Maliyyə naziri Canet Yellenə məktub ünvanlayıblar.
Məktubda Azərbaycan Respublikasının Qarabağda "hərbi hücumlar və qəddar blokada" həyata keçirdiyi iddia olunaraq bu ölkə hökumətindəki şəxslərə sanksiyalar tətbiq etmək çağırışı yer alıb.
Məktubda Azərbaycanın ötən ilin dekabrından Laçın dəhlizini bağlamaqla 120 min ermənini hərəkət azadlığı, ərzaq və dərmana çıxışdan məhrum etdiyi qeyd olunur.
Bu arada konqresin nüfuzlu üzvlərindən sayılan Bred Şerman Azərbaycan dövlətini Qarabağ ermənilərinə qarşı etnik təmizləmə ilə mə.ğul olmaqda ittiham edib.
Bred Şerman özünün X mikrobloqunda yazıb: “Artsaxda gözümüzün qabağında etnik təmizləmə baş verir. Ermənilər 2000 ildən çox yaşı olan evlərini tərk edirlər. Ruben Vardanyan və haqsız yerə həbs olunanların hamısı azad edilməlidir. Bayden administrasiyası açıq şəkildə Azərbaycana deməlidir ki, dayanın, yoxsa sanksiyalarla üzləşəcəksiniz. Bu, 21-ci əsrdir. Birləşmiş Ştatlar etnik təmizləməyə göz yuma bilməz”.