Okt 31, 2023 15:12 Asia/Baku
  • “Xunta rejiminə neft ixracını dayandır!” - AKTUAL

Sosial şəbəkələrin ərəb, müsəlman istifadəçiləri Azərbaycan hakimiyyətindən qaniçən İsrail rejiminə neftin ixracının davam etməsindən narazıdırlar.

“Militarist” Telegram kanalının məlumatında deyilir ki, sosial medianın ərəb və müsəlman istifadəçiləri İsrailin Qəzzədə indiki hərbi əməliyyatları zamanı belə, İsrailə neft tədarükünü davam etdirdiyinə görə Azərbaycandan narazıdırlar.

Yazıda deyilir: “Mövcud məlumatlara görə, cəmi bir neçə gün əvvəl bir milyon barrel Azərbaycan neftini daşıyan tanker İsrailin Eylat limanına doğru yola çıxıb. Azərbaycan nefti boru kəməri ilə Türkiyəyə, oradan isə dəniz yolu ilə ixrac olunur”.

Məlumatda qeyd olunur ki, son günlər Türkiyə prezidenti Ərdoğanın İsrailə qarşı sərt sözlərinin ardınca Ankarada İsrailə neft nəqlini dayandırmaq barədə çağırışlar səslənir. Bununla belə Ceyhan terminalı Azərbaycan nefti hesabına İsrailin əsas neft təchizatçısı kimi rolunu davam etdirir və onun qara qızıla olan tələbatının 67 faizi buradan təmin olunur.

Bu arada sionist rejimin Azərbaycan rəhbərliyini şirnikləndirmək və bəlkə də onu mükafatlandırmaq üçün müvafiq qərar qəbul etdiyi bildirilir.

Belə ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İsrailin Aralıq dənizindəki eksklüziv iqtisadi zonasında qaz axtarışı üzrə tenderin qalibi olunub.

Bu məlumata əsasən, İsrailin Energetika Nazirliyi qəsbkar rejimin Aralıq dənizindəki eksklüziv iqtisadi zonasında qaz axtarışı üzrə iki tenderin qaliblərini elan edib.

ENI və BP Aralıq dənizi qaz bazarında əsas oyunçular kimi qalmaqla Azərbaycanın SOCAR şirkətinə də fəaliyyət üçün lisenziya verilib.

Beləliklə də sionistlər bu yolla Azərbaycandan investisiya cəlb etməyi, başqa sözlə Azərbaycan xalqına aid maliyyə resurslarını əldə etməyi qarşıya məqsəd qoyublar.

 

 

Teqlər