Okt 31, 2023 15:18 Asia/Baku
  • İsrail rejimi vətəndaşlarına Şimali Qafqazı tərk etməyi tövsiyə edib

Saxta İsrail hökuməti Şimali Qafqazda israillilər üçün təhlükə səviyyəsini maksimuma – dördüncü səviyyəyə qaldırıb və bu bölgəyə səyahətdən çəkinməyi, oradakı vətəndaşlara isə ərazini tərk etməyi israrla tövsiyə edib.

APA xəbər verir ki, bu barədə İsrail Milli Təhlükəsizlik Şurasının və Xarici İşlər Nazirliyinin birgə bəyanatında deyilir.

Bəyanatda sionistlərə xəbərdarlıq olunub ki, İsrail/yəhudi hədəflərinə qarşı mümkün hücumlar, iğtişaşlar və zorakılıq qorxusuna görə Şimali Qafqaz regionuna səyahət xəbərdarlığı ən yüksək səviyyəyə qaldırıb.

Qeydc edək ki, İsrail rejimi bu tövsiyəni Dağıstanda baş verən məlum olyın ardınca elan edib.

Oktyabrın 29-da Dağıstan müsəlmanları sionist rejim vətəndaşlarının bu bölgəyə səfərinə mane olublar.

 

Teqlər