“Qəzzə İslam dünyasının daxilində silkələnmə yaradacaq”
https://azeri.sahartv.ir/news/azərbaycan-i405118-qəzzə_İslam_dünyasının_daxilində_silkələnmə_yaradacaq
Azərbaycanda Ədalət Partiyasının sədr müavini bildirib ki, Qəzzə hadisələri, fələstinlilərin inadlı müqaviməti İslam dünyasının daxilində silkələnmə yaradaraq, ideoloji oyanışın və yeni bir başlanğıcın əsasını qoyacaq.
(last modified 2026-02-08T08:03:34+00:00 )
Noy 04, 2023 10:29 Asia/Baku
  • “Qəzzə İslam dünyasının daxilində silkələnmə yaradacaq”

Azərbaycanda Ədalət Partiyasının sədr müavini bildirib ki, Qəzzə hadisələri, fələstinlilərin inadlı müqaviməti İslam dünyasının daxilində silkələnmə yaradaraq, ideoloji oyanışın və yeni bir başlanğıcın əsasını qoyacaq.

Elxan Şükürlü öz feysbuk səhifəsində İslam ölkələrini tənqid edərək yazıb ki, onların əksəriyyəti Qəzzəyə köməkdən yayınmaq üçün bəhanə arayışındadılar, Kufə əhlitək susublar – qurbağa gölünə daş atılıb, sanki!

Partiya funksioneri qeyd edib ki, bir tərəfdə səlibçi-sionist düşüncənin hakim olduğu ABŞ-İsrail ittifaqının birləşmiş gücü altında əzilən, qanı tökülən kiçicik bir Qəzzə torpağı var, o biri tərəfdə də qəzzəliləri – köməksiz vəziyyətdə qalmış müsəlman körpələri, qadın və qocaları xilas etməyə yürüyən mücahidlərin yolunu kəsən, o səlibçi-sionistlərlə eyni cinahda yer alan böyük bir “ərəb şeyxləri” ölkələri.

Elxan Şükürlünün fikrincə, qəzzəliləri xilas etmək üçün İsrail tərəfə atılan raketləri hazırda “Dəmir Qübbə”dən daha çox, müsəlman torpaqlarında yerləşmiş ABŞ hərbi bazaları, onların hava-hücumundan müdafiə sistemləri çox rahatca zərərsizləşdirir, beləcə, İsrailə şərait yaradılır ki, arxayın şəkildə HƏMAS-la mübarizəsini sona çatdırsın, Qəzzəni dünya xəritəsindən silsin... Beləliklə də Qəzzə hər tərəfdən - həm sudan, həm qurudan, həm də havadan ABŞ-İsrail ittifaqının və onların kölə şeyxlərinin ordularının tam mühasirəsində, hədəfindədir!