Azərbaycanlı deputat həyəcan təbili çaldı
https://azeri.sahartv.ir/news/azərbaycan-i405487-azərbaycanlı_deputat_həyəcan_təbili_çaldı
Tahir Kərimli: “Gənclərin çoxu qaçıb, qalanlar da nənələrinin pensiyasına göz dikib”
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 15, 2023 06:55 Asia/Baku
  • Azərbaycanlı deputat həyəcan təbili çaldı

Tahir Kərimli: “Gənclərin çoxu qaçıb, qalanlar da nənələrinin pensiyasına göz dikib”

Azərbaycanlı millət vəkili gənclərin acınacaqlı vəziyyətdə olduqlarını söyləyib.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli bildirib ki, deputatlar özlərini qoruyurlar:

“Biz özümüzü qoruyuruq, bəs xalqımız? Xalq üçün nə edirik? 10-15% imkanlı təbəqə var, birdə kasıb təbəqə. Gənclərin çoxu qaçıb, qalanlar da nənələrinin pensiyasına göz dikib”.

Tahir Kərimli həmçinin deputatların, məmurların xalqdan qaçdıqlarını, uzaqlaşdıqlarını bildirib.